Polis əməliyyat keçirdi - Silahlı şəxslər saxlanıldı

Qəbələ rayon sakinlərindən silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Mirzəbəyli kənd sakinləri - H.Sədullayev, R.İsgəndərov və S.Məmmədovun hərəsindən bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR