Azərbaycan iqtisadiyyatının 4 faizə qədər kiçilməsi gözlənilir -

Pandemiya dünya iqtisadiyyatın böyük zərər vurub və Azərbaycan da bu təsirlərə məruz qalıb, lakin görülmüş tədbirlər nəticəsində iqtisadiyyatın böyük itkilərə məruz qalmasının qarşısı alınıb.

Metbuat.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin iclasında büdcə müzakirələri zaman deyib.

Nazir bildirib ki, bu ilin sonuna qədər Azərbaycan iqtisadiyyatının 4 faizə qədər kiçilməsi gözlənilir.

S.Şərifov qeyd edib ki, qarşıdakı ilə ölkə iqtisadiyyatında aktivliyin artırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur. O qeyd edib ki, büdcə layihəsində Prezidentin müəyyənləşdirdiyi hədəflərə xüsusi diqqət yetirilib.

Nazir bildirib ki, gələn il koronavirus pandemiyası ilə mübarizə məqsədilə müvafiq tədbirlər üçün 261, 161 və 288 milyon manat vəsait ayrılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR