Dekabrın 24-də Yerevandan Xankəndinə avtobuslarla 488 qaçqın gətirilib.
Metbuat.az xəbər verir ki, bu barədə ''Armenpress'' məlumat verib.
Avtobuslar Rusiya sülhməramlı kontingenti və hərbi polis patrulları tərəfindən müşayiət olunub.
Məlumatda deyilir ki, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları vətəndaşların daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin edir, humanitar yardım göstərir və mülki infrastrukturu bərpa edirlər. Atəşkəsə nəzarət etmək üçün 23 müşahidə məntəqəsi mövcuddur.
Qeyd edək ki, artıq 43 mindən çox qaçqın Dağlıq Qarabağa geri qayıdıb.