"Qalatasaray" səfərdə "Trabzonspor"u məğlub etdi -

Türkiyə Superliqasının 12-ci turunda "Qalatasaray" səfərdə "Trabzonspor"un qonağı olub.

Metbuat.az xəbər verir ki, Arda Turan və Oğulcan Çağlayanın qolları "Qalatasaray"a 0:2 hesablı qələbə qazandırıb.

Bu qalibiyyətin ardından 29 xal yığan "Cim-Bom" liderliyə yüksəlib.

Bundan əlavə, "Qalatasaray" "Trabzonspor"un yeni stadionunda ilk dəfə qalib gəlib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR