İlham Əliyev: Bütün təzyiqlərə rəğmən, biz istədiyimizə nail ola bilmişik

İlham Əliyev: Bütün təzyiqlərə rəğmən, biz istədiyimizə nail ola bilmişik
01:01 1 Yanvar 2021
177 Digər
Ölkə mətbuatı
A- A+

"İqtisadi müstəqillik siyasi müstəqilliyimizi gücləndirdi, daha cəsarətli siyasət, müstəqil siyasət aparıldı. O siyasət ki, yalnız və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu gün dünyada sözün əsl mənasında müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan onlardan biridir və Vətən müharibəsi bir daha onu göstərdi".

Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müraciətində bildirib.

Prezident qeyd edib ki, bütün çağırışlara, bütün təzyiqlərə rəğmən, biz istədiyimizə nail ola bilmişik. Düşməni torpaqlarımızdan qovmuşuq, hərbi yolla bu məsələni həll etmişik və ondan sonra Qələbəmizi siyasi yollarla daha da möhkəmləndirmişik.

“Güc toplamaq üçün əlbəttə ki, düzgün siyasət aparılmalıdır. Son 17 il ərzində mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi – güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək!”, - deyə dövlətimizin başçısı vurğulayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/341344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR