232 nəfər xaricdə təhsil almaq hüququ qazandı

2020-2021-ci tədris ilində 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, 2020-2021-ci tədris ilində Hökumətlərarası təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada 5, Rusiya Federasiyasında 3, Latviyada 8, Qazaxıstanda 3, ümumilikdə isə 232 nəfər xaricdə təhsil almaq hüququndan yararlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)