Gözəllik kraliçası müəmmalı şəraitdə öldü

Miss Mexico gözəllik yarışmasına qatılan model Jimene Ltu evdə ölü tapılıb.

Metbuat.az-ın məlumatına görə 21 yaşlı Jimenanın ölümünün dəqiq səbəbi sirr olaraq qalır. Polis, onun yarışmadan bir neçə həftə əvvəl intihar etdiyini ehtimal edir.

Bəzi məlumatlara görə model, narkotik maddələrdən istifadə etdiyinə görə ölüb.

Jimena Ltu 2019-cu ildə Miss Aguascalientes adını qazanıb.O, 13 Martda keçiriləcək Miss Mexico 2021 yarışmasına namizədlərdən biri idi.

Gözəllik müsabiqələrində iştirak etməklə yanaşı, qız tibb bacısı olaraq çalışırdı.Model həm də Meksikanın Aguascalientes şəhərində bu peşəyə yiyələnmək üçün təhsil alırdı.

Mənbə:Ria Novosti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR