''Artıq gəliblər, türk general burdadır...'' -

Xəbər verdiyimiz kimi Şurnux kəndinin Azərbaycan tərəfinə düşən hissəsində yaşayan ermənilər evlərini yandıraraq ərazini tərk edirlər.

Metbuat.az xəbər verir ki, Şurnux kəndinin sakinləri artıq 12 evi tərk ediblər. Bu barədə açıqlama verən Şurnuxun başçısı Hakob Arshakyan bildirib ki, evsiz qalan ailələrin əksəriyyəti Gorus və Qapan kəndindəki boş evlərdə məskunlaşıblar.

“Artıq gəliblər, sərhədçilərimiz buradadır. Və aşağıya enirəm, bir türk generalı var, harada duracağımıza qərar verməliyik ”deyə Arşakyan bildirib.

Qeyd edək ki,evini yandıran ermənilərdən biri baş verənlərə görə Ermənistanın baş naziri Nikol Paşinyanı günahlandırıb.

Şurnuxun Azərbaycan tərəfinə düşən hissəsində evini yandıran erməni bildirir:

“Nikol, sənə və hökumətinə tüpürüm. Mən sənin şərəfinə tüpürüm Nikol, şərəfsiz heyvan. Türklərin girməməsi üçün 30 illik alın tərimizlə qurduğumuz evimizi yandırırdıq”.

Mənbə:News.arm


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR