Afrikada koronavirusa yoluxanların sayı 3 milyon nəfəri ötüb

Afrikada koronavirusa yoluxanların sayı 3 milyon nəfəri ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, yanvarın 10-u üçün Afrikada koronavirusa 3 021 769 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 72 121 nəfəri vəfat edib, 2 450 492 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Misirdə, Tunisdə və Efiopiyada qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR