YENİ ARAŞDIRMA:

Uhanda aparılan araşdırma zamanı Covid-19-dan sağalan xəstələrdə yeni simptomların yarandığı aşkar edilib.

Metbuat.az xəbər verir ki, koronavirusdan sağalan 4 nəfərdən 3-ü 6 ay sonra sağlamlıq problemi yaşayıblar. Araşdırma zamanı məlum olub ki, 6 aydan sonra bu insanların 63 faizinin əzələlərində yorğunluq və ya zəiflik, 26 faizində yuxu problemi, 23 faizində isə depressiya olduğu aşkar edilib.

Mütəxəssislər, Covid-19-dan sağalanların 13 faizində ağciyər və böyrəklərinin funksiyalarının zəifləməsini müşahidə ediblər.

Pekin-Çin- Yaponiya Dostluq Xəstəxanasının həkimi Bin Cao bildirib ki, hələ uzun müddət bu virusun orqanizmaya vurduğu zərər araşdırılacaqdır.

"Covid-19 çox yeni bir xəstəlik olduğundan, onun uzunmüddətli təsirlərini yeni anlamağa başlayırıq. Ağır yoluxmuş xəstələrin xəstəxanadan evə buraxıldıqdan sonra ciddi qulluğa ehtiyacı təmin edilməlidir''.

Mənbə: CNN


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR