x
Loading...

Tovuzda şəhid dəfn edilib

.

Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, o, doğulduğu rayonun Əsrik-Cırdaxan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, döyüş yoldaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, o, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR