x
Loading...

"Koronavirusdan sağalanlara vaksin vurulmayacaq"

.

"Biz 2 milyon insan üçün 4 milyon vaksin almışıq”.

Metbuat.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

"Vaksin bir insana iki dozada vurulur. "Sinovac” şirkətinin regional nümayəndəsi vasitəsilə 4 milyon doza almışıq. Azərbaycana hələ bunun az bir hissəsi gətirilib, onlar istehsal etdikcə qalanları da gətiriləcək.

Çoxtərəfli platformada isə əhalinin 10 faizi, yəni 1 milyon adam üçün 2 milyon doza alınması ilə bağlı müqavilə imzalanıb. Əlavə olaraq 10 faiz də artırmaq imkanımız var”.

O bildirib ki, virusa yoluxub sağalan insanlara vaksin vurulmur: "Çünki onlarda artıq immunitet var”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR