Koronavirusa yoluxanların sayı 97 milyonu ötdü

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 97 milyon 309 min 750 nəfərə çatıb.

Metbuat.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 83 min 326 nəfərdir. İndiyədək 69 milyon 850 min 852 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR