x
Loading...

Nazir şənbə günü məsələsinə aydınlıq gətirdi

.

Şənbə günü dərsə gələn məktəblilərlə bağlı böyük problem olmur. Çünki məktəblilərin əksəriyyəti dərsə ictimai nəqliyyatdan istifadə edərək gəlmir. Onların 80 faizi piyada gəlir.

Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da sualları cavablandırarkən deyib.

Müəllimlərin şənbə günü məktəbə gəlməsinə ilə bağlı nazir bildirib: “Məktəb direktorları vasitəsilə məsələ tənzimlənə bilər. Yaxın ərazidə yaşayan və ya özünün nəqliyyat vasitəsi olanlar şənbə günü məktəbə gələ bilərlər. Lakin şənbə günü fəaliyyət göstərən məktəblərimizin sayı çox azdır”.

Qeyd edək ki, şənbə və bazar günləri ölkə ərazisində ictimai nəqliyyat işləmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR