Azərbaycanda qadın koronavirusdan ölən ərinə “40 mərasimi” təşkil etmək istədi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini S.Qasımovanın karantin rejimi qaydalarını pozaraq, COVID-19 infeksiyasından dünyasını dəyişmiş həyat yoldaşına 50 nəfərlik "40 mərasimi” təşkil etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin ünvana gələn polis əməkdaşları tərəfindən məclisin keçirilməsi dərhal dayandırılıb və məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub.

İki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR