​Dünyada koronavirusa yoluxanların sayı 104 milyonu keçdi

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 104 milyon 393 min 58 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 262 min 795 nəfərdir. İndiyədək 76 milyon 248 min 475 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 349 263 nəfər koronavirusa yoluxub, 9423 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR