x
Loading...

Prezident Minatəmizləmə Agentliyinə sədr təyin etdi - SƏRƏNCAM

.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinə sədrin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Metbuat.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilsin.

V.Süleymanov 7 may 1965-ci ildə anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr sahəsində iqtisadçı ixtisasını bitirib. 1988-ci ildən 1994-cü ilədək Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

1994-2002-ci illərdə özəl təşkilatlarda çalışıb.

2002-2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssi işləyib.

2005-2018-ci illərdə yenidən özəl təşkilatlarda çalışıb.

2018-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifəsində işləyib.

21 aprel 2020-ci il tarixdən bugünkü təyinata qədər isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Ailəlidir, 3 övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR