Müəllimlərin maaşının ödənmə qaydası

“Fevralın 15-dən Bakı, Abşeron və Sumqayıt şəhərlərində V-IX siniflərdə əyani tədris həftədə iki dəfə olmaqla bərpa ediləcək. Bununla bağlı tədris planları müəyyən olunaraq yerlərə göndərilib”.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev məlumat verib.

O qeyd edib ki, hazırkı əyani tədrisdə buraxılış fənləri hesab edilən əsas fənlər tədris olunacaq, digər fənlər isə onlayn tədrisdə qalacaq:

“Valideynlərin övladlarını məktəbdə əyani təhsilə cəlb olunub-olunmaması ilə bağlı hüquqları V-IX sinifdə təhsil alanlara da şamil olunacaq. Bunun üçün xüsusi karantin rejimi qüvvədə olduğu müddətdə valideyn əyani dərsdən imtina ilə bağlı iltizam forması yazmalıdır. Ancaq əyani şəkildə keçirilən dərslər həmin şagirdlərə tədris olunmayacaq.

Müəllimlərin əməkhaqqı tədris planlarındakı müvafiq saatlara görə ödənilir. Valideynlər şagirdi məktəbə göndərməkdən imtina edərsə, onlara ayrıca həmin fənlərin onlayn qaydada tədrisi nəzərdə tutulmur”.

R.Tağıyev onu da bildirib ki, fevralın 1-dən sonra ibtidai siniflərin 95%-i əyani tədrisə üz tutub:

“İntizam sənədi imzalayan valideynlərin sayı 3-5% təşkil edir. Xatırladaq ki, valideynlər övladlarını məktəbə göndərmək istəmədikdə onlar müvafiq sənəd imzalayırlar. Buna uyğun olaraq, valideyn məsuliyyəti öz üzərinə götürür. O, övladının teledərslərə baxmasını da təmin etməlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR