x
Loading...
.

Qazi Camal Alxasov da yüksək texnologiyalı protezlə təmin ediləcək

.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zəfərimizin qəhrəmanlarından biri olan, Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən Alxasov Camal İlqar oğlunun da yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, müharibədə şərəfli döyüş yolu keçən C.Alxasov Prezident İlham Əliyevin Sərəncamları ilə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Sumqayıt sakini olan qazi bu günlərdə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunub. Müvafiq ölçülər götürülüb, lazımi təlimatlar verilib.

Protezləşməyə tam hazır olandan sonra C.Alxasov yüksək texnologiyalı protezlə təmin ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR