"Beşiktaş" və "Qalatasaray"ın oyununun saatı dəyişdi

Türkiyə Super Liqasında XXV turun iki oyununun başlama saatı dəyişdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Buna səbəb həftəsonu Türkiyədə güclü qar yağışının gözlənilməsidir.

Bu səbəbdən, fevralın 14-də İstanbulda keçiriləcək "Qalatasaray" - "Kasımpaşa" matçı əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:00-da yox, Bakı vaxtı ilə 17:00-a təyin edilib.

Fevralın 15-də Ankarada keçiriləcək "Gənclərbirliyi" - "Beşiktaş" saatı 20:00 əvəzinə Bakı vaxtı ilə 17:00-da start götürəcək. (fanat.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR