x
Loading...
.

"Metro açılmayacaq, toylara da icazə verilməyəcək..." - Millət vəkili

.

"Bir neçə dəfə gündəmə gətirdim: Əhali zülüm çəkir. Metronu açın, toylara icazə verin, idman zallarını açın! Əminəm ki, pandemiya rejiminin tələblərini insanlar pozmayacaqlar. Belə anlaşıldı ki, metro açılmayacaq. Toylara da icazə verilməyəcək. İdman zalları da açılmayacaq".

Metbuat.az
-ın xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, əslində bunlar çox sadə məsələdir: "Ancaq mürəkkəbləşdirmənin səbəbi var. Bilirsiniz niyə? Operativ Qərargah deyilən mifik bir yerdə vətəndaşların durumunu, ölkədə gerçək vəziyyəti, insanların psixoloji sarsıntısını anlayacaq dünyagörüşünə, təcrübəyə sahib mütəxəssis sıxıntısı var. Demək heyvandarlıqla məşğul olan bir sahibkar təsərrüfatında xəstəliyin profilaktikası üçün xaricdən mütəxəssis dəvət edib ki, gəlib mümkün təhlükənin qarşısını alsın. Xarici vətəndaşın gəliş-gedişinə Operativ Qərargah icazə verməlidir. Rəsmi qaydada müraciət edib icazə üçün Operativ Qərargaha. Bu Qərargahın da təsərrüfat nədir, sahibkar nədir bilməyən, isti otaqda oturub vaxında maaşını alan bir sektor müdiri müraciətə cavab verib ki, pandemiya şəraiti olduğuna görə həmin mütəxəssisin gəlməsinə icazə verilmir. Yəni hörmətli Hacıbala müəllimin işlətdiyi məşhur ifadə vardı ha, təqribən onun kimi bir məntiqə dayanan cavab. Bakının keçmiş meri necə deyirdi: "Sizi əmin edirəm ki, Bakı Azərbaycanın paytaxtıdır!" Cavabın unikallığına baxın, pandemiya şəraiti olmasaydı, sahibkarın nəyinə lazım idi sizə müraciət etsin? Ölkədə prezident sahibkarların çətin vəziyyətdə olduğunu nəzərə alıb dövlət büdcəsindən onlara yardım edilməsi üçün göstəriş verir, sahibkarlıq subyektlərinin yoxlanılmasının bir il də irəliyə qadağan olunması barədə qanun layihəsini parlamentə göndərir, buradakı məmur isə iş adamına necə ziyan vurum, vətəndaşın işini necə çətinləşdirim deyə ürəyi istədiyi addımı atır. Kimə anladasan, nəyi izah edəsən?"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR