Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində mikroavtobus "Opel"lə toqquşaraq aşıb.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir.

Hadisə yerinə təcili yardım briqadası cəlb olunub. (APA)