Astarada torpaq sürüşməsi aktivləşib -

Astaranın Şümrüd kəndində ötən ildən başlayan torpaq sürüşməsi son yağan yağışlardan sonra daha da aktivləşib.

Bu barədə Metbuat.az-a Astara rayon İcra Hakimiyyətindən bildiriblər. Bildirilib ki, torpaq sürüşməsi səbəbindən ərazidə yaşayan 18 ailədən 9-u artıq köçürülüb:

“Sürüşmə təqribən ötən ilin payız aylarından başlayıb və son günlər daha da aktivləşməyə doğru gedir. Təhlükəli əraziyə yaxın olan 9 ailə artıq köçürülb və RİH tərəfindən hər birinə 4 ayılıq 400 manat ayrılıb. Sürüşmə bu zonada daha əvvələr də baş verirdi, sadəcə o vaxtlar yaşayış olmayan yerlər idi”.

RİH-dən əlavə edilib ki, hadisə ilə bağlı Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib:

“Onlar hadisə yarinə də baxış keçiriblər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR