Yıxılan kişini ayaqlarından tutub saxladı -

Qadın eyvandan başı aşağı sallanıqlı vəziyyətdə olan kişini xilas edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı kadrları “Lenta dna” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, hadisə Rusiyanın Sverdlov vilayətində baş verib. Kişinin bu vəziyyətə necə düşdüyü məlum olmayıb, ancaq qadın yeddi dəqiqə onu ayağından saxlayıb. Qadının kömək istəməyi nəticəsində küçədən keçənlərdən biri yuxarı çıxaraq qadına kömək edib, kişini evə salıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR