“Azərkosmos” son iki ayda əldə etdiyi qazancın məbləğini

2021-ci ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 8,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin mart sayında məlumat verilib.

2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ixrac dəyəri 1,2 faiz artıb. İxrac olunan xidmətlərə peyk telekommunikasiya və optik peyk xidmətləri daxildir.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

2021-ci ilin fevral ayında isə “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2021-ci ilin yanvar-fevral ayları ərzində daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Pakistan qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR