Qəbul imtahanına qədər 18 yaşı tamam olan oğlanların

Dövlət İmtahan Mərkəzi 18 yaşı 2021-ci ilin iyulun 31-dək tamam olan və ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən gənclərə möhlət hüququnun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

DİM-dən Metbuat.az-a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq təlimatına əsasən iyul ayının 31-dək 18 yaşı tamam olan gənclər ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün möhlət əldə etməlidirlər. Möhlət əldə etmiş şəxslər barədə məlumatlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron məlumat bazasına daxil olunmalıdır. Məlumat bazaya daxil olunduqdan sonra abituriyent ərizəsini özü təsdiq etməlidir.

Xatırladaq ki, 2021-ci ilin iyul ayının 31-i və ondan sonrakı tarixdə 18 yaşı tamam olan gənclərdən qəbul imtahanında iştirak üçün möhlət tələb olunmur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR