35 siyasi partiya MSK-ya hesabat verdi

Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət sabah başa çatır.

Metbuat.az-ın məlumatına görə, indiyədək dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 35-i 2020-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib.

Hazırda partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi prosesi davam edir.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR