Nəhəng gəmi batmaq üzrədir -

Hollandiya bayrağı altında üzən neft tankeri Norveç sahillərində batmaq təhlükəsi ilə üzləşib.

Metbuat.az xəbər verir ki, həyəcan siqnalından sonra dərhal hərəkətə keçən sahil mühafizə xidməti göyərtədə olan 12 heyət üzvünü xilas edib. Məlumata görə, nəhəng dalğalar nəticəsində gəmi batmaq təhlükəsi ilə üzləşib. Gəmi batsa 350 ton neft, 50 ton dizel suya axacaq.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR