Myanmada ölən mülki şəxslərin sayı 700 nəfəri ötdü

Myanmada təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölən mülki şəxslərin sayı 701-ə çatıb.

Metbuat.az xəbər verir ki, Siyasi Məhbuslara Yardım Təşkilatının yaydığı gündəlik hesabata əsasən, hazırda etirazlarda iştirak edən 3012 nəfər tutularaq saxlanılıb.

Onlardan 656 nəfərə həbs hökmü verilib.

Qeyd edək ki, fevralın 1-də Myanmadakı hərbi çevrilişdən sonra ölkədə etirazlar səngimək bilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR