“Tayvanla bağlı status-kvonun güc yoluyla dəyişdirilməsinə cəhd etmək ciddi səhv olacaq”.

Metbuat.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Çinə belə xəbərdarlıq edib. O bildirib ki, Pekinin Tayvan ətrafındakı hərbi addımları böyük narahatlıq yaradır. Onun sözlərinə görə, ABŞ Tayvana bölgədə sabitliyi qorumaq, təhlükəsizliyi təmin etmək üçün söz verib və bu sözün arxasındadır.

Anar Türkeş / Metbuat.az