“7 Hills”dən “ləngimə” açıqlaması

“7 Hills” yaşayış kompleksində binaların tikintisində fasilə yaranmasına dair yayılmış məlumatlar tamamilə əsassızdır.

Bu barədə “Marja”ya yaşayış kompleksinin tikintisini həyata keçirən “7 Hills” şirkətindən bildirilib.

“Hazırda binaların tikintisi və satışlar davam edir. İnşaatda da heç bir ləngimə yaranmayıb. Layihənin saytında tikintinin gedişatına dair fotolar yerləşdirilib. Nəzərdə tutulduğu kimi, kompleks 2017-ci ilin sonunda tam təhvil veriləcəkdir”, - şirkətdən bildirdilər.

Şirkətdən qeyd olundu ki, “7 Hills” şirkəti müstəqil qurumdur və Hacı İbrahim Nehrəmliyə heç bir aidiyyatı yoxdur.

Hazırda Azərbaycan Beynəlxalq Bankı ipoteka kreditlərini dayandırdığı üçün “7 Hills” kompleksi üzrə mənzillərin ipoteka yolu ilə satışı “Bank Technique” vasitəsilə aparılır.

Qeyd edək ki, “7 Hills” Bakıda tikilən iri və müasir yaşayış komplekslərindən biridir. “7 Hills of Baku” layihəsi şəhərin ən prestijli yerində - Heydər Əliyev prospektinə paralel küçədə yerləşir. Layihədə yaşamaq, istirahət və alış-veriş üçün əsas ehtiyaclar nəzərə alınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR