İŞİD-in “hərbi təşkilatlanma əmiri” İstanbulda həbs edildi

İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ən etibarlı adamlarından biri olan “Basim” kod adı ilə tanınan terrorçu İstanbulda həbs edilib.

Metbuat.az xəbər verir ki, o, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı Ataşehir rayonunda saxlanılıb.

Rəsmi məlumata görə, Əfqanıstandan olan terrorçu Suriyadan Türkiyəyə keçən zaman izlənilməyə alınıb və sonda da ələ keçirilib.

Qeyd edək ki, A.S.İ.M adlı şəxs İŞİD liderinin “hərbi təşkilatlanma əmiri” olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR