Nazirdən uşaqlarına məktəb seçən valideynlərə -

Təhsil naziri Emin Əmrullayev valideynlərə çağırış edib.

Metbuat.az xəbər verir ki, təhsil naziri “Facebook” səhifəsi üzərindən ona ünvanlanan sualları cavablandırarkən tövsiyə edib ki, valideynlər evə yaxın məktəb seçsinlər:

“Bu, şagirdin fiziki cəhətdən yorulmaması üçün məqsədəuyğundur. Hər yerdə oxumaq olar. Şagirdin ibtidai təhsili öz evinin yanında oxuması yaxşıdır. Evdə valideyn hansı dildə danışırsa, övladını da həmin dildə olan məktəbə qoyması münasib olardı.

Şagird ibtidai sinifdə dərsi daha yaxşı anlaya bilir. Evdə hər gün şagirdin nə öyrənməsini soruşmaq, ona dəstək olmaq, müzakirə aparmağın faydası çoxdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)