Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub.

Metbuat.az xəbər verir ki, bu barədə APA-ya müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.

O, atasının bu gün İstanbulda əməliyyat olunduğunu deyib:

"Beş saata yaxın davam edən əməliyyat uğurla yekunlaşıb. Hazırda atam narkozdan ayılıb və səhhəti yaxşıdır".

Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkir.