Zinəddin Zidan rekordunu təkrarlayıb

İspaniyanın “Real” klubu La Liqada məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırıb.

Metbuat.az APASPORT-a istinadən xəbər verir ki, Madrid təmsilçisi XXXVI turda “Qranada” üzərində səfər qələbəsi qazanıb.

4:1 hesabı ilə qalib gələn paytaxt klubu son 16 matçda 11 qələbə qazanıb və 5 heç-heçə edib. Bu, indiki baş məşqçi Zinəddin Zidanın rəhbərliyi altında ən yaxşı göstəricinin təkrarıdır.

“Real” 2016/17 mövsümündə fransalı ilə belə rekorda imza atmışdı. 4 il əvvəlki nəticəsini təkrarlayan madridlilər bu qələbə ilə xal aktivini 78-ə çatdırıb.

Qeyd edək ki, 2-ci yerə yüksələn “Real” çempionatın lideri “Atletiko”dan cəmi 2 xal geri qalır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR