Bakıda bu məktəblərdə dərslər beş gün keçiriləcək -

Bakı şəhəri üzrə həftədə 5 gün dərs keçiriləcək məktəblər açıqlanıb.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumatda bununla bağlı Təhsil naziri Emin Əmrullayevin əmr imzaladığı bildirilib.

Əmrə əsasən, layihə tutumu və şagird sıxlığı imkan verən (sosial məsafə 1,5 metr gözlənməklə) 16, 44, 50, 122, 140, 153, 161, 173, 231 nömrəli ümumi təhsil müəssisələrində pandemiya qaydalarını gözləməklə I-IX siniflərdə həftədə 5 gün dərslər keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)