Aralıq dənizində miqrant faciəsi:

Liviya sahillərində miqrantları daşıyan qayıq batıb. Hadisə nəticəsində azı 57 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, qayıqda Tunisdən Aralıq dənizi ilə İtaliyaya yollanan miqrantlar olub.

Tunisin Qırmızı Aypara Komitəsinin yaydığı məlumata görə, qəza zamanı ölən 33 miqrantın cəsədi tapılıb, hazırda digərlərinin axtarışları davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR