“Günə Baxan”ın aparıcı Elgiz Əkbər Azərbaycanda görkəmli sənətkarı, tanınmış istedadlı kamança ustası Habil Əliyevin evində qonaq olub.

Bu ziyarətin səbəbi kaman ustadının ad günü olmasıdır. Habil Əliyev aparıcını görəndə sevinc göz yaşlarını saxlaya bilmədi. O insanları yaxşı tanıma bacarığı olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Kaman ustadı Azərbaycanı, prezidenti, onun xanımını çox sevdiyini dedi və hisslərini belə açıqladı:

“Mənim ömrüm azalsa da, çox şükür heç bir problemim yoxdur. Düşünəndə görürəm ki, mənim etdiyimdən çox ediblər mənə. Allah elə etsin ki, heç ölümümü bilməyim. Mən millətimə, adət-ənənəmizə çox bağlı olmuşam. Bütün imtahanlardan keçmişəm. Amma ən çətin imtahan durur. Axırıncı bir şey var ki, o yadıma düşəndə çox əziyyət çəkirəm”.

Elgiz bunun nə olduğunu soruşanda Habil Əliyev kövrək bir səslə “Mən xalqımı çox istəyirəm, onlardan necə ayrılacam?”-dedi.

Azərbaycan xalqına ona inanaraq, kamanı əmanət etdiyi üçün bir daha təşəkkür edib. Habil Əliyev öz ad gününü evdə balaları, nəvələri və nəticələri ilə keçirəcəyini açıqladı. Onu yad edən aparıcıya isə öz minnətdarlığını bildirdi.