Son zamanlarda yeni doğulmuş körpələrin sayında ciddi azalmanın müşahidə edilməsindən sonra Çində əhəmiyyətli bir qərar verilib.

Metbuat.az xəbər verir ki, qəbul edilən qərara əsasən cütlüklər üçün 2 uşaq doğurma həddi olan siyasət dəyişdirilərək üç uşaq olaraq təyin edilib.

Bu səbəb isə, dünyanın ən çox əhalisi olan ölkədə doğum nisbətinin kəskin azaldığını göstərən statistika olub. 2020-ci ilin may ayının əvvəlində aparılan siyahıyaalma nəticələri Çin əhalisinin gözləniləndən daha sürətli yaşlandığını ortaya çıxarıb. Pekinin son həftələrdə yayımladığı məlumatlar, əhalisi təxminən 1 milyard 410 milyona çatan ölkədə doğum nisbətinin son dövrdə ən aşağı səviyyəyə endiyini göstərib. 2020-ci ildə Çində təxminən 12 milyon körpə dünyaya gəlib. Bu əvvəlki illərə nisbətən 18 faiz azdır.