Fransada telekommunikasiya şirkəti “Orange”da baş verən texniki nasazlıq telefon xəttlərində porblemlərə yol açıb.
Metbuat.az xəbər verir ki, sakinlər təcili yardım və yanğınsöndürən xidmətinin də daxil olduğu təcili xidmətlərlə əlaqə yaratmaqda çətinlik çəkib. Tunisdə səfərdə olan Daxili İşlər naziri Cerald Darmanin böhran səbəbiylə təcili ölkəyə qayıdıb.
Məlumata görə, vaxtında təcili yardım çağıra bilmədiyi üçün 3 nəfərin həyatını itirdiyi güman edilir. Texniki nasazlıq qismən aradan qaldırılıb. Təcili çağırışlarla bağlı alternativ nömrələr istifadəyə verilib. Problem prezident Emmanuel Makronun da nəzarətindədir. Hadisənin səbəbləri araşdırılır.