Vaşinqtonda hesab edirlər ki, Çin və Rusiya ABŞ-a qarşı birgə fəaliyyət yürütmək üçün son illər daha sıx əməkdaşlığa başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Məlumata görə, əvvəllər Moskva və Pekin sadəcə öz maraqlarına uyğun tərəfdaşlıq edirdilərsə, son illər bu əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Bildirilir ki, Vaşinqton hər iki ölkə ilə mübarizə apara bilməsi üçün yeni strategiya hazırlamaq istəyir.

Anar Türkeş / Metbuat.az