“Yuventus” Çempionlar Liqasına buraxıldı

İtaliyanın “Yuventus” klubu Çempionlar Liqasında iştirak edə biləcək.

Metbuat.az xəbər verir ki, UEFA Turin təmsilçisinə bunu təsdiq edən məktub ünvanlayıb.

Bu, o deməkdir ki, “qoca sinyora” 2021/22 mövsümündə qitənin ən nüfuzlu klub turnirində oynaya biləcək. Hərçənd, Superliqanın yaradıcısı olan üç klubun – “Real”, “Barselona” və “Yuventus”un bir mövsümlük cəzalanacağı ilə bağlı ehtimallar var idi.

Qeyd edək ki, UEFA Superliqa ilə bağlı İntizam işini müvəqqəti dayandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR