Müəllim məhkəmə qarşısında arvadının başını niyə kəsdi? -

Tərtərdə ər və arvad arasında məhkəmədə mübahisə yaşanıb. Nəticədə məhkəmə binasının qarşısında kişi həyat yoldaşını qətlə yetirib. Ağdaşda isə kişi mübahisə etdiyi həmkəndlisinə atəş açıb. Bu zaman güllə arayan girən öz qardaşına dəyib və o, ölüb.

Ər-arvadın boşanma prosesi qanla bitib. Kişi məhkəmədən çıxandan sonra həyat yoldaşını öldürüb.

Hadisə Tərtərdə baş verib. Rayon sakini Anar Əliyev həyat yoldaşı Arzu Əliyevanı Tərtər şəhər Məhkəməsinin binasının qarşısında qətlə yetirib. Hadisənin boşanma üstündə baş verdiyi bildirilir.

Faktla bağlı Tərtər rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Ağdaşın Abad kəndində də qətl törədilib. Kənd sakini Mustafa Aləşrəfovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qardaşı Qələndəri öldürüb, həmkəndlisi Cəmil Quliyevə xəsarət yetirib. Məlum olub ki, Mustafa mübahisə etdiyi Cəmili vurmaq istəyib. Lakin atılan güllə aralarına girən qardaşı Qələndərə dəyib və o ölüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Mustafa Aləşrəfov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi götürülüb. Xəstəxanaya yerləşdirilmiş Cəmil Quliyevin vəziyyəti isə qənaətbəxşdir. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.(xəzərxəbər)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR