Kübra Əliyeva tanınmaz halda: Kök hüceyrədən sonra İNANILMAZ DƏYİŞİM -

Əməkdar artist Kübra Əliyeva üzündə plastik dəyişiklik etdirməsinin səbəbini açıqlayıb.

Metbuat.az xəbər verir ki, aktrisa "Elgizlə izlə" proqramında üzünün çox yaşlandığını deyib. O bildirib ki, yaşadığı çətin həyat onu bu cür edib:

"Keçmiş üzümü həyatda heç kimə göstərməmişəm. Nə gündə imişəm. İndi yaxınlarıma göstərirəm. Deyirlər ki, bu nədir? İllərimin dərdi, çəkdiyim müsibətlər, oğul itkisi, fikirləşmək... 110 kiloqram olan kübra birdən-birə 70-ə düşdü. Onkoloji xəstəlik, kimyaterapiya... Bunlara görə düşmüşdüm. İndi düzəldim. Üzümə kök hüceyrə etdirdim. Bacım üzərlik yandırıb ki, göz dəyər. Bunu etməyə də bilərdim. Xalq üçün etdim. Məni görəndə bəyənsinlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR