ABŞ-ın neft şirkətləri iflas həddində

ABŞ-ın neft şirkətləri iflas həddində
19:01 18 Yanvar 2015
116 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarında neftin ucuzlaşması neft istehsal edən ölkələrlə yanaşı ABŞ-a da sərf etmir.

ANS PRESS-in məlumatına görə, son aylarda neftin 2 dəfə ucuzlaşması fonunda ABŞ-ın hasilatla məşğul olan şirkətlərin bir qismi işlərini dayandırmaq məcburiyyətində qalıb.

Səbəb isə hasil olunan neftin maya dəyərinin indiki qiymətlərlə müqayisədə iqtisadi baxımdan sərfəli olmamasıdır.

Ötən ilin oktyabrında neftçıxarma platformalarının sayı 1609 idisə, indi onların sayı 1366-ya enib.

Ən böyük ziyan nisbətən kiçik şirkətlərə dəyib.

Qeyd edək ki, son aylarda neftin qiyməti iki dəfə ucuzlaşıb və hazırda barreli təxminən 50 dollar civarındadır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=320425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR