Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünə yekun vurulub.

Metbuat.az-ın xəbərinə görə, XXXVI turun bütün oyunları eyni gündə keçirilib.

Artıq gümüş medallara sahib çıxan "İnter" səfərdə "Sumqayıt"ın qonağı olub. “Sumqayıt” tarixi ərzində "İnter"ə qalib gəlməmişdi. "Gənclik şəhəri" təmsilçisi bu rəqibə tarixində cəmi 1 qol vurmuşdu. Son iki qarşılaşmada qolsuz heç-heçə qeydə alınmışdı.

Oyunda hesabı "İnter" açsa da, ev sahibləri geri dönüş edə bilib. "Sumqayıt" Məhəmməd Qurbanovun dublu və Pərdis-Fərcad Azadın qolları sayəsində 3:1 hesabı ilə qələbə qazanıb. "Neftçi" öz meydanında AZAL-ı qəbul edib. Paytaxt derbisində "ağ-qaralar" böyük üstünlüyə malik idi. "Neftçi" son 7 ev oyununda ardıcıl qələbə qazanmışdı.

Qarşılaşmada qalib müəyyənləşməyib. Komandalar qollu heç-heçəyə razı olublar: 1:1.

Bürünc medallara real namizəd olan olan "Qəbələ" doğma meydanda autsayder "Bakı" ilə üz-üzə gəlib. "Bakı" son 9 qarşılaşmada qələbə üzünə həsrət idi. "Qəbələ" ardıcıl 9 oyundur meydanı qolsuz tərk etmirdi. Cari mövsümün hər 3 oyununda eyni sayda – 2 qol vurulmuşdu.

Qarşılaşma gözlənildiyi kimi ev sahiblərinin üstünlüyü şəraitində keçib. Nəticədə 3:0 hesabı ilə qələbə qazanan "Qəbələ" bürünc medala sahib çıxıb.

"Simurq" səfərdə "Xəzər Lənkəran"ın qonağı olub. Cənub təmsilçisinin son 2 ev oyununda hər iki komanda qol sevinci yaşamışdı. Cari mövsümün matçlarında meydan sahibi olan komanda 3 xal əldə etmişdi. Son 4 qarşılaşmada meydan sahibi olan tərəf 2 qol vurmuşdu.

Oyun elə başladığı kimi də bitib.

Premyer Liqada XXXVI tur

28 may (cümə axşamı)

“Sumqayıt” – “İnter” - 3:1

Qollar: Pərdis-Fərcad Azad, 36, Məhəmməd Qurbanov, 45; 66 - İlkin Sadıqov, 7

Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, Namiq Hüseynov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Rövşən Əhmədov

“Kapital Bank Arena”

“Neftçi” – AZAL - 1:1

Qollar: Elşən Abdullayev, 60 - Nicat Qurbanov, 83

Qırmızı vərəqələr: Əziz Quliyev, 74 - Orxan Lalayev, 54

Hakimlər: Elvin Əsgərov, Coşqun Həsənov, Rahil Ramazanov, Nail Nağıyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Məlik Həsənov

“Bakcell Arena”

“Qəbələ” – “Bakı” - 3:0

Qollar: Viktor Mendi, 7, Ekiqo Ehiosun, 13; 23

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Munis Abdullayev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Adil Nadirov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qəbələ şəhər stadionu

“Xəzər Lənkəran”– “Simurq” - 0:0

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Əhmədağa Cabbarov

“Xəzər Lənkəran” mərkəzi stadionu