x
Loading...

Rusiyanın yalanı İFŞA OLDU - Xankəndi ilə bağlı həqiqət gizlədilir

.

Seçkilərdə Paşinyanın qərargahında olduğu üçün Xankəndidə etirazla qarşılaşan separatçıların başçısı Araik Arutyunyan bunun səbəblərini izah edərkən, “Ermənistana möhtac olduqlarını” deyib və ciddi bir faktı etiraf edib.

Metbuat.az xəbər verir ki, Arayikin fikirlərini şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, “Ermənistanla əlaqələr qurmadan 35 min “vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” sualı ilə, separatçıların başçısı Paşinyana dəstəyini izah etməyə çalışıb.

Arayik 35 min “vətəndaş” deməklə, hazırda sülhməramlıların nəzarət etdiyi ərazilərdə 35 min erməninin olduğunu etiraf edir. Halbuki, Rusiya Müdafiə Nazirliyi və separatçıların yaydığı məlumatlarda bu rəqəm iki dəfə və daha çox şişirdilir.

"Rusiya Müdafiə Nazirliyi, sonuncu dəfə 52700 erməninin Qarabağa qaytarıldığını açıqlasa da, separatçılar 105 min erməninin qayıtdığını iddia edirlər. Bu rəqəmlərin şişirdildiyi bilirdik, amma Araikin dediklərini bunun sübutu hesab edə bilərik".

Asif Nərimanlı bildirdi ki, Qarabağa qayıdan ermənilərin bir qisminin verilən yardımı almaq üçün gəldiyi, daha sonra geri qayıtdığı haqda da məlumatlar var.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR