x
Loading...
.

İsveç və İspaniya pley-off mərhələsində - "Avro-2020"

.

Bu gün daha iki komanda futbol üzrə Avropa Çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Metbuat.az xəbər verir ki, E qrupunda Polşa millisi İsveçlə, Slovakiya yığması isə İspaniya ilə üz-üzə gəlib.

İsveç yığması Polşa komandasını 3:2 hesabı ilə məğlub edib və xallarının sayını 7-yə çatdırıb. Bununla da E qrupunu lider kimi başa vuran İsveç millisi Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Polşa isə bir xalla dördüncü yerdə qərarlaşıb.

E qrupunun digər görüşü Slovakiya və İspaniya arasında keçirilib. İspaniya millisi raqibinin qapısından cavabsız 5 top keçirib və xallarının sayını 5-ə çatdıraraq qrupda ikinci yerdə qərarlaşıb. Bununla da ispanlar pley-off mərhələsinə vəsiqəni təmin ediblər. (Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR