"ASAN xidmət" 9 yaşını qeyd edir

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - "ASAN xidmət" mərkəzlərinin yaradılmasından 9 il ötür.

Metbuat.az bu məqalədə, hazırda dünyanın diqqət mərkəzində olan milli brendimiz "ASAN xidmət" mərkəzlərinin yaradıldığı gündən vətəndaş məmnunluğuna yönələn şəffaf xidməti, cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə təqdir olunan uğurlarına diqqəti cəmləyəcəkdir.

Press release - ASAN XİDMƏT | ASAN XIDMET | ASAN

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır. Dövlət Agentliyi mərkəzlərdə xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində həyata keçirilməsinə nəzarəti təmin edir.

Fəaliyyətini vətəndaşların vaxtlarına qənaət etməklə rahat və nəzakətli davranış mühitində dövlət xidmətlərini əldə etməsi prinsipi əsasında quran “ASAN xidmət” mərkəzləri dövlətimizin başçısı İlham Əliyevin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. İlk “ASAN xidmət” 2013-cü il yanvarın 15-də vətəndaşlara xidmət göstərməyə başlayıb. Pilot layihə olduğu üçün 1 nömrəli “ASAN xidmət” mərkəzinin xidmətlərindən ilkin mərhələdə paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının sakinləri yararlanıblar.

Hazırda 20 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

Hesabat dövrü ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2020-ci il 12 fevral tarixində Kürdəmir regional “ASAN xidmət” mərkəzinin, 2020-ci il 4 mart tarixində Tovuz regional “ASAN xidmət” mərkəzinin, 2020-ci il 3 iyun tarixində Ağcabədi 6 regional “ASAN xidmət” mərkəzinin və 2020-ci il 29 iyul tarixində Balakən regional “ASAN xidmət” mərkəzinin açılışları olmuşdur. Bununla da mərkəzlərin sayı və əhatə dairəsi artırılmış, 20 “ASAN xidmət” və 2 “ASAN Kommunal” mərkəzi olmaqla, ümumilikdə 22 mərkəzin vahid standartlar çərçivəsində idarə olunması və vətəndaşlara xidmət göstərilməsi üçün bütün imkanlar təmin olunmuşdur.

“ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanına əsasən “Azərişıq” ASC, “Azəriqaz” İB və “Azərsu” ASC tərəfindən 52 kommunal xidmət “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təşkil edilmişdir. Eyni zamanda, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara təqdim edilən funksional yardımçı xidmətlərin sayı 111-ə çatdırılmışdır. Beləliklə, mərkəzlərdə ümumilikdə 300-dən çox xidmətin təşkil edilməsi təmin olunmuşdur. Hesabat dövründə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə, habelə səyyar “ASAN xidmət”ə 5 740 809 müraciət daxil olmuş və onlardan 5 316 145 müraciət xidmətlə təmin edilmişdir (92,6%-i). Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq müraciət sayı ötən illə müqayisədə 37,7%-ə yaxın azalmışdır.

Ümumilikdə 2020-ci il ərzində 20 “ASAN xidmət” və 2 “ASAN Kommunal” mərkəzində həyata keçirilən nəzarət və monitorinq tədbirləri nəticəsində 7 884 nöqsan halı qeydə alınmışdır.

Hesabat dövründə səyyar “ASAN xidmət” avtobusları vasitəsilə 2020-ci ildə ümumilikdə 144 067 müraciətdən 134 207 müraciət xidmətlə təmin edilmişdir. 2020-ci ilin yekunlarına əsasən Dövlət Agentliyinin Çağrı Mərkəzində 2 699 757 müraciət cavablandırılmışdır. Bu müraciətlərdən 2 180 420-si “108” vahid telefon nömrəsi, 196 001-i “9108” vahid telefon nömrəsi, 73 748-i Dövlət Agentliyinin (012) 444 74 44 telefon nömrəsi, 81 255-i sosial media hesabları, 72 178-i onlayn əlaqə, 563-ü elektron poçt, 32-si müraciət köşkü (video qəbul), 46 414-ü mobil tətbiq, 863-ü Youtube və 894-ü Playstore vasitəsi ilə qəbul edilmişdir.

Hesabat ilində Dövlət Agentliyinin kadr potensialının gücləndirilməsi məqsədilə görülmüş tədbirlər çərçivəsində keçirilmiş müsabiqə və müsahibələrin nəticələrinə görə 87 nəfər Dövlət Agentliyinə qulluğa qəbul olunmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1203 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən Dövlət Agentliyinin işçilərinin sayı 20 vahid artırılaraq 915 ştat vahidi təşkil etmişdir. Əməkdaşların 60%-i kişilər, 40%-i qadınlardır. Orta yaş həddi isə 32-dir.

Asan School

2020-ci il ərzində də “ASAN xidmət” mərkəzlərində könüllü fəaliyyəti diqqət mərkəzində saxlanılmış, ölkəmizdə könüllü fəaliyyətin təkmilləşdirilməsi və könüllülərin praktiki bilik və 21 bacarıqlarının artırılması sahəsində işlər aparılmışdır. Dövlət Agentliyi tərəfindən həyata keçirilən “ASAN Konüllülük” Məktəbi çərçivəsində il ərzində mərkəzlərdə 2 680 könüllü fəaliyyət göstərmişdir. Ümumilikdə mərkəzlərdən bu günə qədər 24 000-dən çox könüllü məzun olmuşdur.

Bu gün “ASAN xidmət” ictimai xidmət sahəsində çox ciddi dönüş yaradıb, həmçinin yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlarımıza ən keyfiyyətli xidmətlər təklif edir. Azərbaycanı tanıtdıran və təbliğ edən milli brendimiz olan “ASAN” bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir. Bir sözlə, “ASAN” ölkəmizin ictimai həyatda böyük rol oynayır.

Hazırladı: Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR