Mahir Əmrəli bu gün Polşada

Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu gün Polşa "Legiya"sında ilk titulunu qazana bilər.

Metbuat.az-ın məlumatına görə, ötən mövsümün çempionu Polşa Super Kuboku uğrunda oyuna çıxacaq. Rəqib ölkə kubokunu qazanmış "Rakuv" olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, 24 yaşlı hücumçu "Legiya"nın heyətində keçirdiyi 2 rəsmi oyunda eyni sayda qol vurub və bir məhsuldar ötürmə edib. Hər iki qarşılaşma Çempionlar Liqasının I təsnifat mərhələsinə təsadüf edib.

Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR